Ölkə 15:56 11.08.2019

ETSN: Xəzərdə dalğanın hündürlüyü 6 metrə catır (YENİLƏNİB)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində saat 15:00-a olan hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s olub, Neft daşlarının hidrometeoroloji stansiyasının məlumatına görə dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb.

Axşama küləyin tədricən səngiməsi gözlənilir.

11.58 
 
Bu gün Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib.

Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır.

Güclü külək axşam saatlarınadək davam edəcək.