“EuroHome”dakı yanğında 4 nəfər zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib (YENİLƏNİB)

“EuroHome”dakı yanğında 4 nəfər zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib (YENİLƏNİB)

Səhiyyə Nazirliyi "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

"Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", deyə məlumatda vurğulanıb.
 
10.26

Səhiyyə Nazirliyi "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

09.51 
 
Səhiyyə Nazirliyi Bakı şəhərindəki "EuroHome” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, "Ekologiya postu” kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib. 

Əməkdaşımızın məlumatına görə, bazarda malları yanan bəzi sahibkarların ürəyi gedib. Həkim briqadalarının olara ilkin tibbi yardım göstərdiyi bildirilir...

Xatırladaq ki. bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən "EuroHome” ticarət mərkəzində güclü yanğın baş verib.

Tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR