"Eurovision 2019" bu gün başlayır

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi bu gün başlayır.

Qaynarinfo xəbər verir ki, İsraildə, Təl-Əviv şəhərində keçiriləcək gecəyə Expo Mərkəzdə start veriləcək.

64-cü "Eurovision" gecəsinə 17 ölkənin təmsilçisi səhnəyə çıxacaq və mahnılar səsləndirəcək. Gecəni ötən il "Toy" mahnısı ilə müsabiqənin qalibi olan Netta və 1998-ci ilə İsrailə birincilik gətirən Dana İnternational açacaq.

Aparıcılığını Bar Refaeli, Erez Tal, Assi Azar və Lucy Ayoubun etdiyi gecədə Yunanıstan, Monteneqro, Finlandiya, Sloveniya, Polşa, Çex Resbuplikası, Macarıstan, Belarusiya, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, San Marino çıxış edəcək.

Yarışmanın növbəti yarımfinalı mayın 16-da, final isə 18-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın "Eurovision 2019" təmsilçisi Çingiz Mustafayev ikinci yarımfinalda "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR