"Eurovision 2019” mahnı müsabiqəsinin hansı şəhərdə keçirləcəyi yaxın günlərdə mətbuata elan olunacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqə təşkilatçıları ötən 2 gün ərzində Qüdsdəki Pais Arenasını və Təl-əvivdəki Konqres Mərkəzinə baxıb. İlk üçlüyə daxil olan Eylat şəhərinin adı isə siyahıdan çıxarılıb.
2019-cu ildə Avropanın ən böyük yarışmasının keçiriləcəyi yer və şəhərin haqqında yekun qərarın tezliklə verilməsi gözlənilir. Ev sahibinin Təl-Əviv, ya da Qüds olması gələn həftə açıqlanacaq.
Xatırladaq ki, bu il Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Eurovision-2018” mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta adlı ifaçı olub.
Şərhlər