Xəbər lenti

Eurovision həyəcanını bu il də Azercellə yaşayın!
Ölkə 17:13 15.05.2013

Eurovision həyəcanını bu il də Azercellə yaşayın!

4 Azercell abunəçisi İsveçin Malmö şəhərində keçiriləcək mahnı yarışmasının final konsertini canlı izləyəcək

2012-ci ildə Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin baş sponsoru olmuş Azercell şirkəti ötən il olduğu kimi, bu il də müsabiqədən kənarda qalmır. Mobil operator yenə də müsabiqənin baş sponsorudur və özünün dörd abunəçisini müsabiqənin final konsertini canlı izləmək üçün Malmöyə göndərir. 

Şanslı abunəçilərin seçimi isə Azercell-in rəsmi Facebook səhifəsində keçirilən oyunun nəticəsinə əsasən müəyyən edilmişdir. Bu gün qaliblərə biletlər və hədiyyələr təqdim olunub. Azercell-in təqdim etdiyi uduş paketinə təyyarə biletləri, yaşayış xərcləri və final konsertinə biletlər daxildir. “Azercell Telekom” MMC-nin prezidenti Kiril Qaburiç qalibləri təbrik edib, onlara maraqlı və əyləncəli səfər arzulayıb. 

Amma Azercell-lilər üçün “Eurovision” həyəcanı bununla bitmir. Facebook səhifəsinin fanları supercharged.eurovision.tv saytına daxil olub xüsusi “Euroheart” adlanan xalları toplamaqla müsabiqənin baş sponsoru olan TeliaSonera-dan da hədiyyə qazanırlar. Bundan əlavə, şirkətin Facebook fanları mayın 18-də Metropark-da yerləşən “Park Cinemada” musiqi yarışmasının final konsertini canlı izləmək şansını əldə edəcəklər. Bunun üçün bu gündən etibarən Azercell-in rəsmi Facebook sahifəsində keçirilən yeni oyunda iştirak etmək və verilən suallara düzgün cavab verərək qeydiyyatdan keçmək lazımdır. www.facebook.com/azercell

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->