Balakəndə yaşayış evində partlayış olub.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Balakən şəhərində qeydə alınıb.
Şəhər sakini Rəfiqə Dibirovanın evində təbii qazın sızmasından baş verən partlayış nəticəsində evin pəncərə və qapı çərçivələri dağılıb, xəsarət alan R.Dibirova və qonağı, Bakı şəhər sakini Məhəmməd Əliyev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info
Şərhlər