Ekonomiks 18:14 26.02.2024

Əvəz Qocayev "Əmək" ordeni ilə təltif edildi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini Əvəz Qocayev fəaliyyətinə görə təltif edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Əvəz Qocayevə 3-cü dərəcəli "Əmək” ordeni verilib.

Əvəz Qocayev bundan əvvəl 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülüb.