Xəbər lenti

Çexiya prezidenti səlahiyyətlərindən məhrum edilə bilər
Dünya 09:34 26.10.2021

Çexiya prezidenti səlahiyyətlərindən məhrum edilə bilər

Oktyabrın 10-da xəstəxanaya yerləşdirilən Çexiya Prezidenti Miloş Zeman, sağlamlığını önümüzdəki iki həftə ərzində dövlət başçısı vəzifələrini yerinə yetirməyə imkan verəcək səviyyəyə qaytarmalıdır. Əks halda, prezident səlahiyyətlərindən məhrum edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Çexiya Radiosu məlumat yayıb.

Belə ki, Çexiya parlamentinin yeni deputatları (aşağı palata - Red) ilk iclasını noyabrın 8-də keçirəcək. Mümkündür ki, deputatlar prezident səlahiyyətlərinin müvəqqəti olaraq Zemandan aşağı palatanın spikeri və ya baş nazirə keçməsi məsələsini qaldırsınlar.

Senatın (Çexiya parlamentinin yuxarı palatası - Red) sədri Miloş Vıstrçil daha əvvəl bildirmişdi ki, Senatda M. Zemanın səhhəti ilə bağlı növbədənkənar iclasın çağırılması mümkündür. O, əlavə edib ki, bunun üçün 9 noyabr tarixi münasibdir.

Bu arada, Çexiya Prezidentinin yatdığı xəstəxananın sözçüsü Yitka Zinke bildirib ki, kompleks müalicə səbəbiylə Zemanın sağlamlığı bir qədər də yaxşılaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->