Dünya 10:23 15.07.2020

Çexiyada növbəti qatar toqquşması: ölən və xəsarət alanlar var

Çexiyada sərnişin və yük qatarı toqquşub, 1 nəfər ölüb, 60-a yaxın sərnişin xəsarət alıb.

Qaynarinfo xəbər veirr ki, bu barədə Çexiyanın Dəmir Yolları İdarəsi məlumat verib. Toqquşma Praqanın şərqindəki Ceski Brod stansiyası yaxınlığında qeydə alınıb. Sərnişin qatarı dayanan yük qatarına çırpılıb.

Bütün zərərçəkənlər xəstəxanalara yerləşdirilib.

Paytaxtı ölkənin şərq hissəsi ilə birləşdirən əsas dəmir yolları bu gün səhər saatlarına qədər bağlanıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, ötən həftə də Çexiyanın Karlovı Varı şəhərinin Pernink bölgəsində iki sərnişin qatarı toqquşmuş, hadisə nəticəsində 3 nəfər həyatını itirmiş, 30-dan çox sərnişin də yaralanmışdı.

Camal