Dünya 17:53 05.06.2020

Çexiyada zəhər böhranı: Rusiya səfirliyinin 2 işçisi deportasiya edildi

Rusiyanın Çexiyadakı səfirliyinin 2 işçisi deportasiya edilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Andrey Babiş açıqlama verib. O, bildirib ki, həmin şəxslər Praqa bələdiyyə sədri Zdanek Hrib və digər iki yüksək vəzifəli bələdiyyə işçisini zəhərləmək məqsədilə "ricin" (zəhərin bir növü) sifariş ediblər.

Hadisə mart ayında baş verdiyini deyən baş nazir deportasiya edilən şəxslərin adlarını açıqlamayıb. Moskva isə sözügedən ittihamları rədd edib.
 
Camal