Çexiyanın ilk kosmonavtı, SSRİ və Çexoslovakiya qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyadakı səfiri postunu tərk edir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün CTK agentliyi məlumat yayıb.
Gələn il 70 yaşı tamam olacaq V. Remek vətənində ailəsi ilə daha çox vaxt keçirmək üçün öz təşəbbüsü ilə səfir postundan gedir.
V. Remeki Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonkanın əvəzləyəcəyi gözlənilir. V. Pivonka 2014-cü ildən Çexiyanın Azərbaycandakı səfiridir və tezliklə Bakıdan Moskvaya gəlməlidir.
Şərhlər