Dünya 13:08 25.05.2020

Çəyirtkə sürüləri bu dəfə Dubaya hücum çəkdi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri çəyirtkələrin hücumuna məruz qalıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhər bələdiyyəsi məlumat yayıb. Çəyirtkələrin şəhərə güclü küləkdən sonra gəldikləri qeyd olunub.

"Vəziyyətin nəzarət altındadır və heç bir təhlükə yoxdur. Bələdiyə işçilərigün boyunca onlarla mübarizə aparır", - deyə açıqlamada bildirilib.

Camal