Foto 11:05 02.05.2019

Əziz Yıldırım boşanır (FOTOLAR)

Türkiyənin "Fənərbaxça" futbol klubunun keçmiş prezidenti, iş adamı Əziz Yıldırımın həyat yoldaşı Qonca Çelikkırandan boşanacağı iddia edilib.

Qaynarinfo CNNTürk-ə istinadən xəbər verir ki, Çelikkıran qızları Yazın vəlayətini, təzminat olaraq isə 10 milyon dollar, İstanbul və Londonda ev istəyir. İddiaya görə, Yıldırım bu tələbi qəbul etməyib və cütlüyün işi məhkəmədə öz həllini tapacaq. 

Qeyd edək ki, 66 yaşlı Əziz Yıldırım və 43 yaşlı Qonca Çelikkıranın toyu 8 il əvvəl Çırağan Sarayında baş tutub və uzun müddət medianın gündəmində qalıb. 

Gülşən