Fabreqas: "Arsenal"a dönmək istəyərəm”

Fabreqas: "Arsenal"a dönmək istəyərəm”


"Barselona"nın futbolçusu Sesk Fabreqas keçmiş komandası "Arsenal"a dönmək istəyir.

Qol.Az-ın məlumatına görə, bu barədə hücumçu İspaniya mətbuatına açıqlamasında deyib: "Arsenal" hər zaman qəlbimdə qalacaq. Bir gün yenidən ora dönmək istəyərəm. Ancaq bunun mümkün olub-olmayacağını bilmirəm. Bəlkə də nə vaxtsa orda məşqçi kimi çalışaram. Bundan çox məmnun olaram" - deyə oyunçu bildirib.

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə London klubunun formasını geyib.

Qaynar.info

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR