Saat, dəqiqə və saniyə kimi yeni real zaman vahidi yaradılıb.
Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, o, nanosaniyədən böyükdür və 1/705 600 000 saniyə kimi qeyd olunur.
Müqayisə üçün qeyd etmək lazımdır ki, nanosaniyə 1/1 000 000 000 saniyə kimi qəbul olunur. Bu isə öz növbəsində "flick”i 1.41723356 nanosaniyə uzunluqlu zaman vahidi edir.
Lakin bizə niyə yeni zaman vahidi lazımdır? Əslində "flick”i praktiki cəhətdən istifadə etmək olar. Bu zaman vahidi elə yaradılıb ki, o, videonun səhnələşdirilməsi üçün ideal uyur. Əgər kadrın uzunluğunu nanosaniyə səviyyəsində deyil "flick” səviyyəsində ölçsək sinxronlaşdırma hər zaman zamanın bölünməyən vahidlərinə ideal şəkildə yazılacaq. Bununla belə video istənilən tezlikdə ola bilər: 24 Hz, 25 Hz, 30 Hz, 48 Hz, 50 Hz, 60 Hz, 90 Hz, 100 Hz və ya 120 Hz.
Günümüzdə sixronlaşdırma üzrə çalışmaq üçün proqramçılar C++ alətlərindən istifadə edirlər. Əsasən də CGI-da vizual effektlər sahəsində. Lakin C++ - da dəqiq tayming yalnız nanosaniyələr vasitəsilə mümkündür. Həmin nanaosaniyələr isə bir çox kadrlara uyğunlaşmır. Nəticədə onları bölmək lazım gəlir. Beləliklə "flick” bu problemi aradan qaldırır.
Şərhlər