Texnologiya 19:02 08.05.2020

"Facebook" və "Google" evdən çalışma müddətini il sonuna qədər uzatdı

"Facebook" və "Google" şirkətləri Kovid-19 pandemiyası səbəbindən işçilərin evdən çalışma müddətini il sonuna qədər uzadıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Google"un baş direktoru Sundar Piçai ofisə qayıtmaq məcburiyyətində olanların da təhlükəsizlik tədbirləri çərçivəsində iyuldan etibarən iş yerlərində çalışa biləcəklərini söhləyib.

"Facebook" isə hansı işçilərin ofisə gəlmələri barəsində isə hələlik qərarqəbul etməyib.

Qeyd edək ki, daha əvvəl ofislərini iyulun 6-dan etibarən açacağını açıqlayan "Facebook" Pandemiya müddətində evdən çalışma və uşaqlara baxım xərci üçün işçilərinə 1000 dollar bonus vermişdi. Google da evdən çalışma müddətini iyunun 1-nə qədər davam etdirəcəyini elan etmişdi.

Camal