Texnologiya 15:00 05.11.2019

"Facebook"un yeni loqosu

"Facebook" şirkəti loqotipini dəyişdirib.

Qaynarinfo xəbər verir ki, loqoda müxtəlif rənglərdə "Facebook" yazısı əks olunub. Həmin rənglər "Facebook"un sahib olduğu digər tətbiqetmələr "Instagram" (çəhrayı), "WhatsApp" (yaşıl), "Messenger" (mavi) və digərlərini vurğulayır. 

Loqo dəyişikliyi növbəti həftələrdə "Facebook" məhsulları və marketinq materiallarında öz əksini tapacaq. 

Bu addım "Facebook" şirkəti və tətbiqetmələr arasındakı fərqi müəyyənləşdirmək, məlumat yaymağı təkmilləşdirmək məqsədi daşıyır.

Gülşən