Fatih Terim Səudiyyə Ərəbistanı Liqasında çıxış edən "Əş-Şəbab" klubunu çalışdıracaq.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssis "Əş-Şəbab" klubunun rəsmiləri ilə görüşərək təklifə razılıq verib.
Onun Səudiyyə Ərəbistanı klubu ilə üçillik müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, Fatih Terim sonuncu dəfə Yunanıstanın "Panatinaikos" klubunu çalışdırıb.
Şərhlər