Müğənni Nazim Pişyari (Faytonçu) tanınmaz halda olması ilə bağlı məlumata aydınlıq gətirib.
Sənətçi Qaynarinfo-ya açıqlamasında həddindən artıq çəki itirdiyini bildirib:
"Çox arıqlamışam. Bunun xəstəliklə heç bir əlaqəsi yoxdur. Səhhətim qaydasındadır. Amma sağlam yolla arıqlamaq istədim. Qarşıma məqsəd qoydum ki, bu il arıqlayacam. Bunun üçün də çörək və şirniyyatdan imtina etdim. Pəhriz saxlayıram. Hardasa 12 kilodan çox arıqlamışam”.
"Faytonçu Nazim" hədəfə çatacağına qədər pəhrizini davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, müğənni "Faytonçu Nazim"in yeni görünüşü heyranlarını təəccübləndirib. İfaçının xeyli çəki atması səhhətində yaranmış problemlə əlaqələndirilib.
Bahar Rüstəmli
Şərhlər