Bu gün UEFA-nın Nyonda (İsveçrə) yerləşən qərargahında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması keçirilib.
APA-nın xəbərinə görə, Türkiyəni təmsil edən “Fənərbağça”nın rəqibi İngiltərənin məşhur “Arsenal” komandası olub. İlk matçlar avqustun 20-21-də, cavab oyunları avqustun 27-28-də keçiriləcək.
Püşkatmanın nəticəsi belə olub:
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Austriya” (Vyana, Avstriya)
“Ludoqorets” (Razqrad, Bolqarıstan) – “Bazel” (İsveçrə)
“Viktoriya” (Plzen, Çexiya) – “Maribor” (Sloveniya)
“Şaxtyor” (Karaqanda, Qazaxıstan) – “Seltik” (Şotlandiya)
“Styaua” (Buxarest, Rumıniya) – “Legiya” (Varşava, Polşa).
“Lion” (Fransa) – “Real” (Sosyedad, İspaniya)
“Şalke” (Almaniya) – “Matallist” (Xarkov, Ukrayna)
“Paços de Ferreyra” (Portuqaliya) – “Zenit” (Sankt-Peterburq, Rusiya)
“PSV Eyndhoven” (Hollandiya) – “Milan” (İtaliya)
“Arsenal” (London, İngiltərə) – “Fənərbağça” (İstanbul, Türkiyə).
İlk matçlar avqustun 20-21-də, cavab oyunları avqustun 27-28-də keçiriləcək. Qaliblər Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Qaynar.info
Şərhlər