Maqazin 11:41 08.05.2019

Fərda: “Biznesmenlərin əyləncəsi oluruq”

Aktyor Fərda Xudaverdiyev İnstaqramdakı paylaşımı ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, sənətçi son günlər sosial şəbəkələrin çox inkişaf etməsindən şikayətlənib və insanların virtual əsirə çevirildiyini yazıb. Fərda bildirib ki, İnstaqram, Facebook və digər sosial şəbəkələrin yaradıcıları insanları asılı vəziyyətə salaraq pul qazanırlar:

"Sosial həyatda virtual sevgi, yaşam, zövq və özgüvən axtaranlar nə qədər acı olsa da, təəssüf ki, real həyatda xoşbəxt olmayanlardır. Bizdən daha ağıllı insanların düzəltdiyi oyuncaqla oynadıqca (Sosial şəbəkələri nəzərdə tutur - red.) özümüzün, doğmalarımızın deyil, süni xoşbəxtliyimizə uzaqdan baxıb, sərmayəsi olduğumuz biznesmenlərin əyləncəsi oluruq”.

Qeyd edək ki, Fərda hazırda "Niyə” serialında çəkilir. O, bir müddət əvvəl sənətdən getmək istədiyini demişdi. Bunun səbəbi kimi isə Fərda ona qarşı edilən haqsızlıqları göstərmişdi.