Xəbər lenti

İdman 14:12 08.05.2013

Fergüssona yeni vəzifə verildi

Mövsümün sonu “Mançester Yuneyted”in baş məşqçisi vəzifəsindən ayrılacaq Aleks Fergüsson klubda işini davam etdirəcək. 

Qol.Az-ın yaydığı xəbərə görə, bu haqda “MY”nin sahiblərindən olan Evi Qleyzer bildirib.

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Aleks Fergüsson baş məşqçilikdən getsə də, bundan sonra komandanın direktoru vəzifəsini tutacaq. Onun “MY”nin inkişafı üçün etdiklərini qiymətləndirməmək mümkün deyil. Ona görə mən də, bir çox fanat kimi, Fergüssonun adının “Mançester Yunayted”lə daha çox bağlı olmasını istəyirik” – deyə E.Qleyzer bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->