Xəbər lenti

Keçmiş sosialist ölkələri 2029-cu ilə qədər həyat səviyyəsinə görə Cənubi Avropanı keçəcək
Dünya 21:12 04.05.2024

Keçmiş sosialist ölkələri 2029-cu ilə qədər həyat səviyyəsinə görə Cənubi Avropanı keçəcək

SSRİ-nin dağılmasından sonra Avropa İttifaqına daxil olan keçmiş sosialist bloku ölkələri yaxın 5 ildə həyat səviyyəsinə görə Cənubi Avropanı keçəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. 

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə, alıcılıq qabiliyyəti - adambaşına düşən ÜDM-in 65 min dolları nəzərə alınmaqla 2029-cu ilə qədər Sloveniyada adambaşına düşən gəlir İtaliyanı ötəcək. Litva və Polşa da oxşar nəticələr göstərəcək. İspaniyada bu rəqəm təxminən 60 min dollara düşəcək.

Nəşr yazır ki, Şərqi Avropa ölkələrində bu cür sürətli irəliləyiş xarici sərmayə, həmçinin bazara və Aİ fondlarına çıxış sayəsində istehsalın artması ilə bağlı olub. Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Sloveniya, Polşa və Litva bloka qoşulduqda yaşayış səviyyəsindəki fərq demək olar ikiqat idi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->