Texnologiya 22:34 28.10.2021

"Facebook" adını dəyişdirdi

Facebook şirkətinin adı dəyişdirilərək Meta adlandırılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda bu gün keçirilən ənənəvi Connect konfransında çıxış edən Mark Zukerberq bildirib.

O, bu qlobal şirkətin yeni loqosunu da təqdim edib.

Ad dəyişikliyinin Facebook sosial şəbəkəsinə aidiyyatı yoxdur.

Bununla da öz tərkinbində Facebook, WhatsApp , İnstagram kimi qurumları birləşdirən Meta şirkəti əsasən virtual və artırılmış reallıq məsələlərinə fokuslanacaq.