Ölkə 20:10 31.05.2018

FHN 20 nəfəri təxliyə etdi: Bakıda daha bir yanğın

Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin eyvanında dolab 5 m2 sahədə yanıb.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 20 nəfər bina sakini təxliyə olunub. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib. Vəziyyəti normaldır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.