Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 195 ünvanında, "Azadlıq” metrosunun yaxınlığında tikilməkdə olan ticarət mərkəzinin çökməsi barədə informasiyanı təkzib edir.
"Binada heç bir çökmə, dağılma olmayıb. Şəkillərdən görünür ki, bu, binanın konsol hissəsidir. Konsol tikintinin hər hansı çıxış hissəsinin dayağı üçün tətbiq edilir. Hələ betonlama üzrə işlər başlanana qədər ora gəlmiş "QazEL” avtomobili dəmir dayaqlara toxunub və bu da onların dağılmasına gətirib çıxarıb. Ticarət mərkəzinin binası özü isə dağılmayıb və ya çökməyib. Yalnız konsol hissəsi toxunulduğundan, zədələnib”, - deyə FHN-dən virtualaz.org-a bildiriblər.
Xatırladaq ki, iki gün əvvəl bəzi KİV-lər göstərilən ünvanda tikilməkdə olan ticarət mərkəzinin çökməsi barədə xəbər yaymışdı.
Şərhlər