Video 11:26 08.03.2018

FHN yanğın yerinə susuz gəldi (VİDEO)

Qəbələ rayonu Laza kənd məktəbində baş vermiş yanğın zamanı FHN işçilərinin yanğına sadəcə seyr etməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir hadisənin videosunu Royad Farmanov adlı istifadəçi öz Facebook səhifəsində paylaşıb.

Görüntüləri lentə alan şəxs iddia edir ki, yanğınsöndürənlər hadisə yerinə susuz gəliblər.

Öz növbəsində şərhlərdə bəzi istifadəçilər hadisəni yanğınsöndürən maşınlarının suyunun qurtarması, digərləri texniki nasazlıqla əlaqələndiriblər.