Dünya 09:46 02.02.2018

Fidel Kastronun oğlu intihar etdi

Kubanın sabiq lideri Fidel Kastronun oğlu Fidel Anxel Kastro Dias-Balart intihar edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun intihar etməsinə səbəb ağır depressiyada olması olub. Belə ki, Dias-Balart uzun müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdı.

Elmlər doktoru olan 68 yaşlı Dias-Balart həyatına qəsd etməzdən öncə məktub yazıb.

Qeyd edək ki, o, Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşavir və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb.