Foto 09:46 29.08.2018

FIFA prezidenti Trampa qırmızı kart göstərdi (FOTO/VİDEO)

FIFA prezidenti Cianni İnfantino ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi "DÇ-2026" ilə bağlı ABŞ prezidenti Donald Trampla görüşüb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə İnfantino Trampa sarı və qırmızı kartlarla dolu olan bir hakim kitabçası və FIFA-nın formasını hədiyyə edib.

Tramp isə zarafatla qırmızı kartı otaqdakıları çölə çıxarmaq üçün istifadə edib.

Görüşdə həmçinin ABŞ Futbol Federasiyasının prezidenti Karlos Kordeyro da iştirak edib.