FİFA referisi Əliyar Ağayevin Topaz Premyer Liqasının XXX turuna təyinat almamağının səbəbi bilinib.
Apasport.az saytının məlumatına görə, gənc hakim burnundan əməliyyat olunub.3 gün öncə əməliyyat edilən Ağayev minimum 10 gün meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Ağayev mayın 9-dan 21-dək Maltada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsini idarə edəcək 6 hakimdən biridir.
Qaynar.info
Şərhlər