Ölkə 15:38 27.02.2021

Firdovsi Umudov Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verdi

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, polkovnik-leytenant, Dövlət Sərhəd Xidmətinin "Sərhədçi" Olimpiya İdman Mərkəzinin rəis müavini Firdovsi Umudov Nuh.az saytının baş redaktoru Kamran Məhərrəmlini xüsusi ittiham qaydasında məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, Firdovsi Umudov 23 may 2020-ci il tarixdə Nuh.az saytında dərc olunan "Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti "krışalıq" edirmiş?" başlıqlı yazıya görə məhkəməyə müraciət edib. 

Şikayət ərizəsində qeyd edilir: "23 may 2020-ci il tarixdə Nuh.az saytında dərc edilən "Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti "krışalıq" edirmiş?" başlıqlı yazıdakı "KRIŞALIQ etmək sözü ( krışa - dam sözündəndir) KRİMİNAL qurumlar tərəfindən QANUNSUZ mühafizənin təmin edilməsidir. Rus dilinin sinonimləri lüğətinə əsasən isə krışalıq etmək - ört-basdır etmək, krışası altına almaq, himayədarlıq etmək kimi izah olunur. Göründüyü kimi, yazıda Firdovsi Umudov ağır cinayət etməkdə ittiham edilir".