Xəbər lenti

Fransada 460 kilometr uzunluğunda tıxac yarandı
Dünya 17:23 11.12.2019

Fransada 460 kilometr uzunluğunda tıxac yarandı

Fransa prezidenti Emmanuel Makronun pensiya dəyişikliklərinə qarşı başladılan aksiyaların 7-ci günündə paytaxt Parisdə 460 kilometr uzunluğunda tıxac yaranıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə son 1 həftədir ictimai xidmətlərdə axsamalar yaşanır. Parisdə 2 xətdən başqa digər metro xətlərinin fəaliyyətini dayandırması nəqliyyatda xaosa yol açıb.

Digər tərəfdən Fransanın baş naziri Eduard Filippenin dəyişikliklər barədə açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, sarı jiletlilərin aksiyalarından sonra bir çox sahədə çalışan insanlar Makron idarəçiliyinə etiraz etmək məqsədilə müddətsiz nümayişlərə başlayıb. Ötən həftə aksiyalarda iştirak edənlərin sayı 800 min nəfərə çatmışdı. Sözügedən dəyişikliklərlə təqaüddə məmurla işçi sinfi arasındakı fərqin aradan götürülməsi, ayrıseçkiliyin ləğvi və pensiya yaşının 62-dən 64-ə çıxarılması nəzərdə tutulurdu. Bunun onlarla xidmət sahəsinə mənfi təsir göstərəcəyi bildirilir. Nümayişlərdə iştirak edənlər arasında demək olar bütün sahələrdən insanlar var. Onlar qərarın qəbul ediləcəyindən narahatdılar.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->