İdman 10:42 06.05.2013

Futbolçu hakimi meydanda vurub öldürdü - VİDEO

17 yaşlı idmançının zərbəsi o qədər qüvvətli olub ki, referi komaya düşüb.

Amerikada həvəskarlar arasında keçirilən futbol çempionatında faciəvi olay baş verib. Aznews-un məlumatına görə ötən həftə 17 yaşlı futbolçu 46 yaşlı hakim Rikardo Portilyoya zərbə endirib. Buna R.Portilyonun futbolçuya sarı vərəqə göstərməsi səbəb olub. Zərbə o qədər qüvvətli alınıb ki, hakim komaya düşüb. 

Bir neçə gün xəstaxanada yatdıqdan sonra R.Portilyo vəfat edib. Futbolçu isə həbs olunub.

Qaynar.info