Futbolçunun qayınanasını döyən şəxslə bağlı rəsmi açıqlama

Futbolçunun qayınanasını döyən şəxslə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb. İ. Kvritiya məsələdə ittiham edilən şəxsin saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını iddia edib. Daxili İşlər Nazirliyi sözügedən iddia ilə bağlı açıqlama yayıb. 

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, törətdiyi əməldə təqsirli bilinən, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Namiq Bayramov tutulub: "Onun azadlığa buraxılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Fakt üzrə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”. 

Xatırladaq ki, İ.Kvirtiyanın sözlərinə görə, aprelin 8-dən 9-na keçən gecə naməlum kişi onun anasının mənzilindəki dəmir barmaqlıqları qıraraq içəri daxil olub və 5 saat yarım – 6 saat ərzində valideynini bıçaqla təhdid edib: "Bizi Yasamal rayon polis idarəsinin istintaq şöbəsinə çağırdılar. Orada yüzüncü dəfə baş verənləri danışdıq. Növbəti dəfə şikayəti imzaladıq. Daha sonra bizi istintaq şöbəsi rəisinin yanına göndərdilər. Yenə bir qədər baş verənləri danışdıq və nəhayət bizi buraxdılar. Evə gələndə bizdən yenidən qayıtmaq və Yasamal rayon prokurorunun müavininə hesabat verməyimiz istənildi. Növbəti dəfə danışdıq və bizi hücum edən şəxsin saxlanıldığı və heç bir təhlükə olmadığına əmin edərək yenidən buraxdılar. Çıxan kimi dərhal polis idarəsinə zəng vururam. Oradan bizə deyirlər ki, hücum edən şəxsi buraxırlar".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR