İdman 13:16 06.03.2020

Futbolun əfsanəsi sərbəst buraxıldı

Braziliyalı sabiq futbolçu Ronaldinyo və qardaşı Assis saxlanılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onlar xeyriyyə təşkilatında iştirak etmək üçün Paraqvayın paytaxtı Asunsona gediblər. Lakin qaldıqları oteldə kimlik yoxlanışı zamanı saxta pasport istifadə etdikləri üçün saxlanılıblar.

Aparılan istintaq tədbirləri zamanı futbolçu və qardaşının aldadıldığı üzə çıxıb. Bu səbəbdən onlar barəsində cinayət işi açılmayıb və sərbəst buraxılıblar.

Prokuror Federiko Delfino Ronaldinyo və qardaşının verdiyini məlumatın saxta sənəd hazırlamaqla məşğul olan cinayətkar qruplaşmanın çökdürülməsində böyük işə yaradığını açıqlayıb.

Camal