Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Qaynarinfo xəbər verir ki, hadisə Zəhmət kəndində qeydə alınıb.
Şəmkir rayon Çənlibel kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Ağır xəsarətlər alan sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Toğrul Əsədov Gədəbəy rayon polis idarəsinin əməkdaşıdır.
Şərhlər