Xəbər lenti

Afrika və Cənubi Amerika arasındakı qırılmanın dəqiq yeri tapıldı
Dünya 23:17 02.05.2024

Afrika və Cənubi Amerika arasındakı qırılmanın dəqiq yeri tapıldı

ABŞ, Anqola, Böyük Britaniya, Portuqaliya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu Afrika ilə Cənubi Amerika arasındakı qopçanın dəqiq yerini aşkar ediblər. Təxminən 140 milyon il əvvəl Qondvana superqitəsinin parçalanması zamanı dünyanın hissələri bir-birindən ayrılıb. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Geological Society Publications" (GSP) elmi jurnalında dərc olunub.

Anqolanın cənub sahillərində aparılan qazıntılar zamanı komanda qitələrin bir-birindən ayrılması və Cənubi Atlantik okeanının formalaşması haqqında indiyədək ən dolğun geoloji məlumat verən nümunələr aşkar edib. Tapılan fosillər və daşlar 130 milyon ilə 71 milyon il əvvələ aiddir.

Afrika və Cənubi Amerika təxminən 140 milyon il əvvəl ayrılmağa başlayıb və bu, yer qabığında qırıqların əmələ gəlməsinə səbəb olub. Cənubi Amerika və Afrikanın altındakı tektonik plitələr bir-birindən uzaqlaşdıqca Yer mantiyasından maqma səthə qalxaraq yeni okean qabığı yaradıb və qitələri bir-birindən uzaqlaşdırıb. Cənubi Atlantik Okeanı nəhayət yeni yaranan iki qitə arasındakı boşluğu doldurub.

Alimlərin fikrincə, Anqolada on milyonlarla il davam edən bu geoloji prosesin bütün mərhələlərinin izlərinə rast gəlmək olar - vulkan püskürmələri nəticəsində yaranan lava yataqları, yer qabığındakı çatlar, okeanların buxarlanma yerində duz yataqları və qitələrin ayrılmasından sonra burada yaşamış dəniz sürünənlərinin qalıqları.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->