Ekonomiks 17:19 20.11.2019

Gələn ildən Türkiyədə istirahətin qiyməti bahalaşacaq: Yeni qanun

1 aprel 2020-ci il tarixindən etibarən otellərlə bağlı vergi tətbiqinə edilən dəyişiklik üzündən istirahətin qiyməti arta bilər.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, bu həftə Türkiyə parlamenti müxtəlif vergilərin tətbiqi və ya dəyişdirən bir qanun layihəsini nəzərdən keçirir. Beləliklə, otellərin qonaqları otel xidmətləri üçün məbləğin 2%-ni ödəməli olacaqlar.

"Rusiyada satın alınan tur paketlərinin qiymətləri dəyişməyəcək. Turistlər bu 2%-lik vergini otelin özündə oradan çıxarkən ödəməli olacaqlar", - RİA Novosti-yə açıqlamasında Türkiyə Otelçilər Federasiyasının rəhbəri Osman Ayık deyib.

Ayık qeyd edib ki, vergi toplamaq məsuliyyəti otelçilərin üzərinə düşür.

Xatırladaq ki, bu ilin iyul ayının ortalarında türk otelləri rus turistləri üçün qiymətlərini aşağı salmışdı. Türk otelçiləri xidmət qiymətlərinin kəskin artmasından sonra vəziyyəti düzəltməyə çalışırlar. Mart ayında ölkədə otellərdə qiymətlər orta hesabla 15% qaldırılıb.

Alpər