Xəbər lenti

Gəncədə hamilə olduğunu öyrənən qadın bir gün sonra ana oldu
Sağlamlıq 09:59 12.01.2019

Gəncədə hamilə olduğunu öyrənən qadın bir gün sonra ana oldu

Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub. 

Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın doqquz aylıq hamilə olduğunu öyrənib.

Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə iki kq 900 qram çəkidə doğulub. 

Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->