Xəbər lenti

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu
Ölkə 18:30 04.06.2025

Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə istintaqı sona çatıb. 

Qaynarinfo xəbər verir ki, cinayət hadisəsi Gəncə şəhərində baş verib. 

Elşad adlı şəxs vətəndaşları işə düzəltəmək və təqaüdlərin bərpa edilməsi adı ilə aldadıb. 

İttiham aktına görə, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birinə onu Gəncə Şəhər Nizami Rayon Məhkəməsində operator vəzifəsinə düzəldəcəyini deyərək bunun müqabilində 4500 manat alıb. 

Bundan başqa, Elşad daha 9 nəfərə qarşı təqaüdlərin bərpası adı ilə dələduzluq əməli törədib. O, zərərçəkmişlərdən toplam olaraq 38 050 manat pul alıb. 

Verdiyi vədi yerinə yetirmədiyinə görə zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Elşad saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinin məhkəmə istintaqı Gəncə Şəhər Məhkəməsində aparılıb. 

Məhkəmə Elşadı verilmiş ittiham üzrə təqsirli bilərək ona 2  il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Onun həsbdə saxlanıldığı 4  ay 16  gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->