Ölkə 23:28 01.08.2020

Gəncədə qaz partlayıb, bir nəfər yanıq xəsarəti alıb

Gəncə sakini yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində  qeydə alınıb.

1956-cı il təvəllüdlü Kərimov Vidadi Rəşid oğlu bədəninin 2-3 dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 64 yaşlı kişi yaşadığı evin vanna otağında qazı yandıran zaman partlayış olub. 

Hadisənin başvermə səbəbləri araşdırılır.