Ölkə 23:31 21.12.2018

Gəncədə qəza: 3 qadın yaralandı

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

"Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı səki daşlarına çırpılması nəticəsində 3 nəfər qadın sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.