Ölkə 18:01 03.02.2022

Gənclərimiz üçün konseptual yol xəritəsi... – Millət vəkili

"Prezident İlham Əliyevin gənclərlə görüşdə səsləndirdiyi fikirlər milli vəzifələr baxımından strateji əhəmiyyətli, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunun müəyyənləşdirilməsi kontekstdə isə bir çağırış idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Prezidentin fikirləri gənclər üçün çağırışlar və vəzifələr müəyyən edir: 

"Əldə etdiyimiz tarixi zəfər və onun nəticələrinin dünyaya qəbul etdirilməsi hadisəsini şərh edərkən mənəvi məsələləri önə çəkən Prezident İlham Əliyev milli özünüdərk, vətənpərvərlik, milli birlik və həmrəylik kimi mənəvi strateji komponentlr üzərində xüsusi dayanaraq bütün bu naliyyətlərimizdə mənəvi keyfiyyətlərin mühüm rol oynadığını qeyd etdi. Prezident İlham Əliyev dövlətçilik institutunun da əsasını təşkil edən komponentlərdən biri kimi mənəvi siysi dəyərlərin əhmiyyətindən danışaraq bildirdi ki: "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq”. Əslində, bu fikirlər mili dövlətin mövcudluğunun başlıca mənəvi–strateji komponetlərindən birinin milli-mənəvi dəyərlər olduğunu aydın ifadə etməklə onu qoruyub və əbədi etməyin də yolunun məhz bu dəyərlərə sadiq olmaqdan keçdiyini ifadə edir. Bu mənada Prezidentin fikirləri konseptualdır, gənclər üçün çağırışlar və vəzifələr müəyyən edir, yol göstərir”. 

Deputat bu planda Prezident İlham Əliyev milli yaddaşın əsas komponentlərindən biri olan tarixi yaddaş və onun milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı rola nəzər yetirərək tarixi yaddaşın vacibliyinə toxunduğunu vurğulayıb:

"Çünki tarix təkcə dünən yaşananların xronoloji ardıcıllığı deyil, həm də sabahı necə yaşayacağımızın təcrübə və dərsidir, ya da lap elə ibrətidir. Tarixi hadisələri unutmamaq, tarixdə yol verilimiş səhvləri yadda saxlayaraq onu bir daha təkrar etməmək, kimin kim olduğunu bilmək və onunla münasibətləri necə qurmağın daha doğru olduğunu yəqin etmək və milli taleyimizlə bağlı qərarlar qəbul edərkən bütün bunları nəzərə almaq həmişə strateji əhəmiyyət daşıyıb və daşıyacaq. Ona görə də Azərbaycanın ən yeni və şanlı hərbi-siyasi tarixinin memarı kimi Prezident İlham Əliyev bunları dedi: "Biz tariximizi yaxşı bilirik və bilirik ki, uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu. Nəyə görə? Məhz ona görə ki, biz həmişə öz milli dəyərlərimizə sadiq olmuşuq, ənənələrə sadiq olmuşuq, onları qorumuşuq. Biz nəsildən-nəslə əsrlər boyu bu milli ideologiyamızı, milli xüsusiyyətlərimizi ötürürdük və beləliklə, özümüzü assimilyasiyadan qoruyurduq, kənar təsirdən qoruyurduq””. 

Hikmət Babaoğlunun sözlərinə görə, gənclərlə görüşdə səsləndirlilən fikirlərin əsas istiqamətlərindən birini də qlobal imperializmin müxtəlif ideoloji siyasi mərkəzləri tərəfindən gənclərin hədəf kimi müəyyənləşdiriləməsi, onların davranışlarının və milli kimliklərinin sorğulanması və manipiliyasiya edilməsi cəhdləri ilə bağlı idi:

"Şübhəsiz ki, hər bir xalqın gəncliyi onun gələcəyidir. Bir xalqın gənclyini təsir altına salmaq o xalqın gələcəyi ilə bağlı söz sahibi olmaq deməkdir. Hazırda "vahid dəyərlər” adı altında bəzi "universal” dəyərləri milli dəyərlər yerinə oymaqla gənc nəsli öz milli dəyərlərindən uzaqlaşdırmaq cəhdləri də əslində elə bu məqsədə xidmət edir. Azərbaycana qarşı da belə addımlar ardıcıl olaraq həmişə atılır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev bu məsələnin üstündə də ayrıca dayanaraq bildirdi ki, "yeni çağırışlara gəldikdə isə bu, qloballaşma ilə bağlıdır. Düzdür, qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Çünki bu cərəyana qarşı dünyada çox geniş müqavimət göstərilmişdir, ancaq ideya olaraq qalır. Yəni, qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir”. Göründüyü kimi təsbit edilmiş gerçəklik və düzgün ifadə edilən ideoloji istiqamət gənclərimizin qlobal imperializmin strateji toruna düşməmləri üçün vacib çağırışdır. Ancaq Azərbaycanda həyata keçirilən düzgün gənclər siyasəti bu vaxta qədər bəzi dağıdıçı ideoloji mərkəzlərin bu planlarının qarşısını vaxtında alıb”.

Deputat hesab edir ki, Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də Azərbaycanın gələcəyi olan gənclərimiz üçün konseptual əsaslarda bir yol xəritəsi hesab edilə bilər.

Bahar Rüstəmli