Dünya 15:53 02.12.2021

“Geri göndərsəniz, onları ölüm gözləyir”: BMT dünya ölkələrindən xahiş etdi

BMT-nin Qaçqınlar üzrə İdarəsi dünyanı Əfqanıstandan sığınacaq istəyən qeyri-qanuni qaçqınların deportasiyasını dayandırmağa çağırıb. O, bu insanları vətənə qayıtdıqdan sonra gözləyən təhlükələrin, o cümlədən həyati təhlükənin və fiziki zorakılığın olduğunu xatırladıb.

Qaynarinfo xəbər verir ki, təşkilatın bildirdiyinə görə, dövlətlərin öz qaydalarını tətbiq etmək haqqı olsa da, xilas yolu axtaran qaçqınlar üçün istisnalar edilməlidir. O, qaçqınların müraciət etdiyi ölkələrin əksəriyyətinin sığınacaq müraciətlərinə baxmadan onları deportasiya etdiyini vurğulayıb.

Əhalisinin əksəriyyəti müsəlman olan ölkələr də istisna deyil. Məsələn, İran gələn qaçqınların yarıdan çoxunu deportasiya edir, təkcə bu ilin sentyabr və oktyabr aylarında 1800-ə yaxın insan Pakistandan deportasiya edilib, Tacikistan noyabrda 23 qeyri-qanuni mühaciri, o cümlədən qadın və uşaqları vətənlərinə qaytarıb.

Əfqanıstan avqustun 15-dən Taliban yaraqlılarının 
 
Alpər