Xəbər lenti

Geyim seçərkən nələrə diqqət etməli? (MƏSLƏHƏT)
Ölkə 11:16 25.05.2019

Geyim seçərkən nələrə diqqət etməli? (MƏSLƏHƏT)

Dəb insanın özünə yaraşanı geyinməsidir. Ancaq insanlar daha çox trenddə olan geyimlərə üstünlük verirlər ki, bu da çox zaman uğurlu seçim olmur. Öz tərzinizi yaradanda ən əsas olan məqamlardan biri bədən quruluşuna uyğun və yaraşan geyimi seçməkdir. 

Geyim seçəndə bir rəngdən istifadə etsəniz, daha hündürboy və arıq görsənəcəksiniz. Eyni zamanda bu bədən qüsurlarınızın gizlənməsinə köməklik edəcək. 

Parça növünü isə elə seçməlisiniz ki, bədəninizə yapışan olmasın. Xüsusilə də, çox nazik parçalar həm bədəni, həm də qüsurlarını daha çox göstərir. 

Bədən ölçünüzə böyük və ya kiçik olan, əsas da uzun və enli geyimlər insanı daha da kök göstərir. Buna görə də stilistlər həmişə bədən ölçülərinizə uyğun geyinməyi tövsiyyə edir. 

Əgər sizin qarın və omba nahiyənizdə qüsurlar varsa, bu hissəyə diqqət edin. Enli ətəklər ombanı daha da böyük göstərir. Şalvar geyinərkən isə göbəyinizdən 3 sm aşağıdan başlayan və enli balaq modelləri seçin. Bu həm də omba hissəsini balaca göstərir. Sinəsi böyük xanımlar isə V yaxalı geyimlərə üstünlük verməlidir. 
 
Röya 
Qaynarinfo

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->