Texnologiya 13:08 12.02.2020

"Google" Aİ-yə qarşı: 2,6 milyard dollarlıq şikayət davası

"Google" şirkəti 2017-ci ildə Avropa Komissiyası tərəfindən verilən 2,6 milyard dollar cərimədən Avropa Ədalət Məhkəməsinə şikayət edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Silikon Vadisinin texnologiya nəhəngi antiinhisar tənzimləmələri tətbiq edən komissiyanın verdiyi pul cəzasını ödəyib. Lakin şirkət bugünkü məhkəmədə Aİ-nin "Google alış-veriş" adlandırılan qərarını "ədalətsiz və əsassız"lıqda ittiham etməyə hazırlaşır.

Sözügedən dava Aİ ilə "Google" arasında uzun müddət davam edəcəyi gözlənilən məhkəmə prosesini başladacaq. Bundan başqa Amerika şirkəti Aİ-nin daha 2 cəzasından da şikayət verəcək.
 
Camal