Texnologiya 13:30 04.02.2019

Google Plus istifadəçilərinə pis xəbər: hər şeyiniz silinəcək

2,2 milyard istifadəçisi olan "Google+" (Google Plus) sosial şəbəkəsi bağlanma qərarı alıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə aprelin 2-də fəaliyyətini dayandıracaq. Şirkətin yayımladığı xəbərdarlıqda qeyd olunur ki. bu gündən etibarən istifadəçilər artıq yeni Google+ profilləri, səhifələri, qrupları və ya tədbirlər yarada bilməyəcəklər.

Qeyd edək ki, Google ilk dəfə ötən ilin oktyabrında sosial şəbəkənin bağlanacağını bildirmişdi. Buna səbəb istifadəçilərin sayının azalması və istifadə imkanlarının aşğı səviyyədə olmasıdır.

Verilən açıqlamaya görə, 2 aprel 2019-cu il tarixdə bütün istifadəçilərin hesabları silinəcək.