Xəbər lenti

Google-un "ata"sı niyə boşandı?
Ekonomiks 10:12 30.08.2013

Google-un "ata"sı niyə boşandı?

Google şirkətinin həmtəsisçisi, 40 yaşlı proqramçı və 22,8 milyard dollarlıq varidatın sahibi Sergey Brin xanımı Enn Voyjitskidən ayrılıb.
 
Milli.Az AllThingsD-yə istinadən bildirir ki, Brin və Enn 2007-ci ilin martında evlənmişdilər.
Cütlüyün nümayəndəsi bu informasiyanı təsdiqləyib və qeyd edib ki, onlar ayrılsalar da, dost olaraq qalırlar. Hələ ki boşanma barədə söhbət olmayıb.
 
Enn Voyjitskinin ixtisası bioloqdur. Cütlüyün iki övladı var. Nikah müqaviləsinə əsasən, boşanma zamanı Voyjitski Google həmtəsisçisinin varidatına iddia edə bilməz.
 
Boşanmanın səbəbləri barədə Sergey Brin və xanımı Enn heç bir açıqlama verməsələr də, ailənin dağılmasının baiskarının Google-un "ata"sının yeni eşqi olduğu vurğulanır.
 
Həmin xanım Google-un istehsal etdiyi Google Glass eynəyinin PR menecerlərindən biri, 26 yaşlı Amanda Rosenberqdir.
 
Gənc menecer əvəllər Google-un Android əməliyyat sistemli məshullar üzrə vitse-prezidenti Hyuqo Barranın sevgilisi olub.
Dünən Barra bildirib ki, Google-u tərk edir və Çindəki Xiaomi korporasiyasına yollanır.
 
Anna Voyjitskinin böyük bacısı Syuzen Voyzijtski Google-un reklam və kommersiya məsələləri üzrə vitse-prezidentidir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->