Goranboyun iki kəndinə qaz verilib

Goranboyun iki kəndinə qaz verilib

Bu gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən "Report”a verilən məlumata görə, bu münasibətlə rayon rəhbərliyi və "Azəriqaz” nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR