"Görək bu iki ayı necə yaşayacağıq..." - Millət vəkili

"Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. O bildirib ki, yayın quraqlıq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb:

"Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin cadar-cadar torpağı üzə çıxıb. Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb. Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəmirlər".

Sabir Rüstəmxanlı qeyd edib ki, həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir:

"Maşınlarla yalnız evlərə içməli su daşına bilir, mal-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM-dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə çay boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz..."

Millət vəkili hesab edir ki, bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirib: 

"Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılıb. "Azərsu" səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənib və bu iş iki ay ərzində tamamlanacaqdır... Gorək bu iki ayı necə yaşayacağıq..."

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image